ACCA, CIA, DipIFR
ACCA, CIA, DipIFR

ACCA

ACCA 432 min tələbə və 170 ölkədə 154 min üzvü olan dünyanın ən böyük və ən sürətlə inkişaf edən beynəlxalq mühasibat təşkilatıdır. Onun məqsədi dünya üzrə mühasibatlıq, maliyyə və idarəetmə sahəsində uğurlu karyera qurmaq istəyən tələbkar, qabiliyyətli və ambisiyalı insanlar üçün ən yüksək səviyyəli kvalifikasiyalar təklif etməkdir. ACCA ən yüksək professionallıq, etika və  idarəetmə standartlarına nail olmaq və bu standartları təbliğ etmək, həmçinin ictimai marağın artırılması üçün çalışır. ACCA təşkilatının reputasiyası 100 ildən artıq mühasibatlıq və maliyyə sahəsində kvalifikasiyaların təmin edilməsinə əsaslanır. Onun uzun sürən ənənələri müasir düşüncə ilə tamamlanır və əsasən gənc, dinamik üzvlər tərəfindən davam etdirilir. 

ACCA-in tamhüquqlu üzvü olmaq məqsədilə ACCA kvalifikasiyası üzrə 1 Yanvar 2013-ci il tarixindən sonra qeydiyyatdan keçmiş hər bir şəxs:

  • 14 imtahan verməli (doqquzundan azad olma imkanı var);
  • Ən azı üç illik iş təcrübəyə malik olmalı;
  • Peşəkar Etika modulunu keçməlidir.

Yeni Kvalifikasiyaya keçən cari tələbələr üçün Peşəkar Etika modulu zəruri olmasa da, onların bu modulu keçməsi arzuolunandır.

Yeni ACCA Kvalifikasiyası iki mərhələdən (pillədən), Fundamentals və Professional mərhələdən ibarətdir.

ACCA FUNDAMENTALS

Fundamentals mərhələsi iki modula ayrılır: Knowledge və Skills. Knowledge modulu (F1-F3) tələbələri maliyyə və idarəetmə uçotunun əsasları ilə tanış edir. Skills modulu (F4-F9) hər bir mühasibin gələcək karyera planlarından asılı olmayaraq mənimsəməsi lazım olan əsas texniki sahələri tam əhatə edən altı fəndən ibarətdir. Bu fənlərə hüquqşünaslıq, səmərəliliyin idərə edilməsi, vergi qoyma, maliyyə hesabatlarının təqdim edilməsi, audit və maliyyə idarəetməsi daxildir.

 Knowledge module

  • F1 Accountant in Business (AB) - (3 ay - 40 saat)
  • F2 Management Accounting (MA) - (3 ay - 40 saat)
  • F3 Financial Accounting (FA) - (3 ay - 60 saat)

Skills module

  • F4 Corporate and Business Law (CL) - (3 ay -40 saat)
  • F5 Performance Management (PM) - (3 ay -40 saat)
  • F6 Taxation (TX) - (3 ay -40 saat)
  • F7 Financial Reporting (FR) - (3 ay -44 saat)
  • F8 Audit and Assurance (AA) - (3 ay -40 saat)
  • F9 Financial Management (FM) - (3 ay -40 saat)

ACCA PROFESSİONAL

Professional mərhələsi iki modula, Essentials (əsas fənlər) (P1-P3) və Options (əlavə, fakültativ fənlər) (P4-P7) moduluna bölünür. Hər iki modulun intellektual səviyyəsi magistr tələbəsinin səviyyəsinə uyğun nəzərdə tutulmuş şəkildə tərtib olunmuşdur. Bu mərhələnin tədris proqramı artıq mövcud texniki bacarıqların artırılmasına, peşə bacarıqlarının daha dərindən öyrənilməsinə, habelə yüksək səviyyəli məsləhətçi rolunda çıxış edən mütəxəssislərdən tələb olunan metodika və dəyərlərin əldə edilməsinə yönəlib. Bütün namizədlər Essentials modulunun hər üç fənnini bitirməlidirlər. Options modulu dörd imtahandan ibarətdir. Bu imtahanların məzmunu Fundamentals səviyyəsinin Skills modulundakı ekvivalent imtahanların məzmuna əsaslanır. Namizədlər dörd fakültativ fəndən ikisini seçməlidirlər.

Essentials Module

  • P1 Governance, Risk and Ethics (2,5 ay - 36 saat)
  • P2 Corporate Reporting (INT) (2,5 ay - 36 saat)
  • P3 Business Analysis (2,5 ay - 36 saat)

Options Module

  • P4 Advanced Financial Management (AFM) (2,5 ay - 36 saat)
  • P5 Advanced Performance Management (APM) (2,5 ay - 36 saat)
  • P6 Advanced Taxation (ATX) (2,5 ay - 36 saat)
  • P7 Advanced Audit and Assurance (AAA) (2,5 ay - 36 saat)

ACCA İMTAHAN STRUKTURU VƏ QAYDALARI

Proqram 14 imtahandan ibarətdir. Bütün imtahanlar İngilis dilindədir və iki mərhələyə ayrılır:

Fundamentals Mərhələsinə 9 əsas imtahan daxildir.

Professional Mərhələsinə 2 fakültativ və 3 əsas imtahan daxildir.

Hər sessiyada 2-3 imtahan verməklə bütün proqram 2-3 ilə tamamlanır. Bütün fənlərin keçid balı (100%-dən) 50%-dir. Namizəd bir imtahan sessiyasında fənlərin ardıcıllığını pozmadan 4 imtahana qədər verə bilər. Knowledge modulun imtahanları 2 saat davam edir. Bunlar həm kompüter-əsaslı (CBEs) (avtomatik qiymətqoyma və nəticələrin təyin edilməsi dərhal bilinir), həm də kağız üzərində yazılan ənənəvi imtahandan ibarətdir. CBE Yeni kvalifikasiyada Knowledge modulundan başqa heç bir digər səviyyələrdə təqdim olunmur. Skills modulunun və Professional səviyyənin imtahanları 3 saat 15 dəqiqə davam edəcək və bu imtahanlar müxtəlif qiymətləndirmə metodlarından istifadə edərək qısa cavab tələb edən suallar, genişləndirilmiş hesablama çalışmaları, esselər, ssenarilər və tipik olmayan hadisələrə əsaslanmış nümunələrdən ibarət olacaqdır.

QEYD: bu səhifədə əks olunan məlumatlar ACCA-in rəsmi internet saytından götürülmüşdür: www.accaglobal.com

SİZƏ ZƏNG EDƏK