Təlimlər

Beynəlxalq Maliyyə, Mühasibatlıq və Vergi uçotu

Beynəlxalq Maliyyə, Mühasibatlıq və Vergi uçotu

Kursun məqsədi gələcəkdə maliyyəçi, mühasib və ya hal hazırda mühasib işləyən mütəxəssislərə beynəlxalq və yerli mühasibatlıq, həmçinin vergi uçotu sistemlərinin müəssisələrdə təşkili və tətbiqini nəzəri və praktiki üsullarla öyrətməkdir.

Nəzəri və praktik məlumatlarla yanaşı, proqramda nümunə kimi konkret biznes hallarının araşdırılması (case study) müzakirə edilir, rol oynama, biznes oyunu, müxtəlif ssenariaların təqdimatları, qrup və layihə çalışmaları həyata keçirilir və bu zaman müasir tədris metod və texnologiyalarından istifadə edilir.

Kursun tədris proqramı: 3.5 ay - 64 saat

Beynəlxalq maliyyə və milli mühasibat uçotu – 32 saat
Vergi Uçotu – 10 saat
Rəsmi mühasibatlıq və uçot – 14 saat
Qiymətləndirmə: 8 saat.



Tam proqramın ödənişi (3,5 ay): 450AZN
Dərs saatı: həftəiçi saat 19:00 və həftə sonları

Təlimçi: Namiq Əlizadə (Ph.D, elmlər doktoru elmi dərəcəsi üçün disertant)

Əmək fəaliyyətinə 2004-cü ildən başlamış və AMAKA, ANS Şirkətlər Qrupu, ATİLLA GROUP, KİA MOTORS Azərbaycan, NURGÜN HOLDINQ kimi şirkətlərdə - daxili auditor, maliyyə və kommersiya direktoru, marketinq və biznesin inkişafı direktoru vəzifələrində çalışmışdır. 

Hal hazırda Xəzər Dəniz Gəmiçiliyi” QSC –nin ADDA-nın Təlim Tədris Mərkəzində “Biznes İnkişafı” qrupunun rəhbəridir. UNEC ve OYU-da MBA Proqramı üzrə pedaqoji və təlimçi fəaliyyətini davam etdirir.

 

 

SİZƏ ZƏNG EDƏK