Təlimçilər

Turan Həşimov

Təlimlər

Turan Həşimov Toronto Univeristeti (Kanada) “İqtisadi İdareetmə” fakultəsi “Yüksək riskli Maliyə Əməliyatlarının İdarə edilməsi” ixtisasını yüksək nəticələrlə, dörd illik bakalavr proqramını zamanından əvvəl, iki ilə (Bakalavr 2006-2008) Kanada birincisi olaraq məzun olmuşdur.
Bununla yanaşı Brooking İnstutu (ABŞ) “İnsan münasibətləri və Psikomarketologiya” ixisasından da məzun olmuşdur (2008-2010). O, həmçinin ABŞ Ticarət İnstitutunda magistr təhsili alaraq “Risk analizi və İdarəçiliyi” ixtisasına yiyələnmişdir.

Turan müəllim bir sıra xarici ölkələrdə (Kanada, ABŞ, İngiltərə, Cənubi Koreya, Hollandiya, İsveçrə və s.) təşkil olunan Beynəlxalq təlimlərdə, elmi simpozyum və konfranslarda iştirak edərək sertifikatlarla, təşəkkürnamələrlə təltif olunmuşdur.

3 il müddətində "AZOV WAVE SHIPPING CO" LTD-də “Yüksək riskli Maliyə Əməliyatlar üzrə Məsləhətçi” vəzidəsində çalışmış, 2 il isə "NİKİ İMPEX" LTD-də “Xarici Ticarət Eksperti”, 4 il ərzində isə “Xarici Ticarət və Gömrük Əməliyatları üzrə Məsul Şəxs” vəzifəsində işləmişdir. O, həmçinin 4 il "KİLER HOLDİNG"də “Beynəlxalq Münasibətlərin Qurulması və Risklərin İdarə Edilməsi üzrə Baş Məsləhətçi” işləmişdir.

Turan Həşimov 7 xarici dildə sərbəst danışır. "Maliyyə risklərinin İdarə edilməsi" və "1C Proqramlaşdırma" kurslarını bir neçə xarici dildə tədris edir.

SİZƏ ZƏNG EDƏK